Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb

10:29 | 15 Noyabr, 2019
Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb.
Editor.az “report”a istinadən xəbər verir ki, hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.
Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib.
O, gecəni orada qalıb. Səhər saat 7 radələrində mənzildən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.