Uşaqların ölüm müəmması: İki övlad eyni yaşda eyni yerdən yıxılıb öldü

13:15 | 15 Noyabr, 2019

Türkiyənin Rizə şəhərində bir ailənin iki uşağı müxtəlif vaxtlarda altıncı mərtəbədən yıxılaraq ölüblər.

Dörd il əvvəl Havuz ailəsinin dörd yaşlı oğlu Harun evin eyvanından yıxılıb.

Bu hadisədən sonra ailənin dörd yaşlı qızı Fatma Nur da altıncı mərtəbədən yıxılaraq ölüb.

Hər iki hadisə baş verdiyi zaman uşaqların anası Əminə Havuz evdə olub.

O, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Lakin Havuz ailəsinin qonşusu Kadriye Tüfekçi polisə verdiyi ifadədə ananın günahkar olduğunu deyib.

Ananın uşaqlarının ölümündə günahkar olduğunu qətiyyətlə rədd edən ata Mədət Havuz Əminə Havuzun uşaqlarına qarşı hər zaman diqqətli olduğunu bildirib.

Eyni zamanda, o, Əminə Havuzun psixotrop dərman istifadəçisi olduğunu da istisna etməyib.