Türkiyədə daha bir ailənin üzvləri SİANİDDƏN zəhərlənərək ölüblər

15:16 | 15 Noyabr, 2019

İstanbulun Bəkirköy rayonunda bir ailənin 3 üzvü sianidlə zəhərlənmədən ölüblər.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, ölənlər arasında 1 nəfər azyaşlı da var. Hadisə yerinə polis cəlb olunub. Faktla bağlı araşdırmalar başlayıb.

Qeyd edək ki, daha öncə Antalyada bir ailənin 4 üzvü sianiddən zəhərlənərək ölmüşdü. İstanbulda da eyni hal baş vermişdi. Bir ailənin 4 üzvünün zəhərləndiyi mənzilin qapısının üzərinə isə “Daxil olmayın! Polisə zəng edin, mənzildə sianid var” sözləri yazılmışdı.