Tiflis “qaynayır” – İnqilabın olması istisna deyil – AKTUALbackend

Tiflis “qaynayır” – İnqilabın olması istisna deyil – AKTUAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüsdanda siyasi proseslər yenidən gərginləşib. Sherg.az-ın xəbərinə görə, paytaxt Tiflisdəki etirazçıların bir qismi ötən gecəni Rustaveli prospektində qurduqları çadırlarda keçiriblər. 

Yerli mətbuat etiraz aksiyalarının təkcə Tiflisdə yox, Batumi, Kutaisi və Zuqdidi kimi şəhərlərdə keçirildiyini açıqlayıb. Kutaisidə etirazçıların ictimai şəkildə deputatların siyahısını yandırdığı da vurğulanıb. Dünənki aksiyada eks-prezident Georgi Marqvelaşvili və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri David Rakviaşvili də iştirak edib.

Etirazçılar bu gün brifinq təşkil edərək fəaliyyət planları haqqında məlumat veriblər. Qərara gəlinib ki, noyabrın 17-də böyük toplantı keçirilsin və, hazırkı hökumət, “Gürcü arzusu” koalisiyasını hakimiyyətdən uzaqlaşdırsınlar.

Etiraz aksiyaları Bidzina İvanişvilinin rəhbəri olduğu koalisiyanın hakimiyyətinə son verilməsini tələb edirlər. Bununla yanaşı, məlumatlara görə, artıq “Gürcü arzusu”nun 8 deputatı, koalisiyanı tərk edərək, etirazçıların tərəfinə keçiblər.


Qonşu ölkədə baş verənləri Sherg.az-a dəyərləndirən Natiq Miri deyib ki, Gürcüstan parlament seçkiləri ərəfəsindədir:

“Hesab edirəm ki, bu proses təkcə Gürcüstanın yox, eləcə də, Rusiyanın marağındadır. Ümumiyyətlə, Gürcüstan seçkilərə nə qədər hazırlaşırsa, Qərb ölkələri o qədər hazırlaşır. Ona görə də ölkədə baş verən siyasi hadisələrə həm də bu aspektdən yanaşmaq lazımdır. Düşünürəm ki, yaxın zamanda hökumətlə aksiyaçılar arasında anlaşma olmalıdır. Əks halda baş verən hadisələr, o cümlədən “Gürcü arzusu”ndakı çaxnaşmalar Gürcüstanın özünə zərbə ola bilər. Bu aksiyaların növbəti inqilabla nəticələnməsi istisna deyil”.