“Müstəqillik və hüriyyət arzusu tarix boyunca Türk millətinin ən mühüm özəlliklərindən biri olub. Millətimiz 15 noyabr 1983-cü ildə Türkün şanlı duruşunu və millətimizin hürriyyət sevgisini bir daha bütün dünyaya göstərdi. Bu tarixdə Şimali Kipr Türk Respublikası sadəcə müstəqilliyini elan etməyib, eyni zamanda millətimizə birlik və bərabərliyinin gücünü xatırlatıb, birliyimizdən narahat olanları qorxutmaqla Türk dünyasına ümid verib”.
Editor.az xəbər verir ki, bu sözləri Kıbrıs Elm Universitetinin İdarə Heyətinin sədri Selman Arslanbaş Şimali Kipr Türk Respublikasının (ŞKTR) yaranmasının 36-cı ildönümü münasibəti ilə yaydığı bəyanatda deyib.
Arslanbaş qeyd edib ki, bütün silahlı və qanlı hücumlara, qətliamlara, insanlıq ayıbı olan embarqolara baxmayaraq, Kipr Türk xalqı öz varlığı qoruyub: “Millətimiz azad və qürurlu yaşaya bilmək üçün öz dövlətini qurub və gələcəyini zəmanət altına alıb. Şimali Kipr Türk Respublikasının qurulması yolunda mübarizə aparan hər kəsi, Mübarəzinin Öndəri Dr. Fazıl Küçük və qurucu Prezident Rauf Raif Denktaşı, rəhmətə gedən mübarizə yoldaşlarını və şəhidlərimizi rəhmətlə anırıq. Qazilərə, qəhrəman Türk Silahlı Qüvvələri və Təhlükəsizlik Qüvvələri Komandanlığına, Ana Vətən Türkiyəyə təşəkkür edirik. Qürurluyuq, çünkü dövləyimiz artıq 36 yaşındadır.”
//Editor.az