backend

Yük maşınının qoşqusundan yıxılaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tovuz rayon sakini ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib.
Hadisə Qovlar şəhərində qeydə alınıb.
Rayonun Alakol kənd sakini, 1988-ci il təvəllüdlü İsayev Elçin Qurban oğlu hərəkətdə olan traktora qoşulan ot ilə yüklənmiş qoşqunun üstündə gedən zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Ağır dərəcəli kələ-beyin travması alan E. İsayev hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
///APA