Arif Hacılı jurnalistlərdən qorxdu, partiya qərargahına gəlmədi – FOTO

17:09 | 15 Noyabr, 2019

“Gəlmişik Müsavat Partiyasının başqanı Arif Hacılıdan müsahibə almağa. Özü qərarhahda olmasa da, köməkçisi ilə xəbər göndərdi ki, müsahibə vermək istəmir. Biz isə israr elədik. Çünki söhbət çox ağır ittihamlardan, Arif Hacılının özünün bir neçə saat əvvəl yazdığı kimi evlərini satıb saxta mühacirlik üçün külli miqdarda vəsait ödəyən insanların aldadılmasından, ailələri ilə Almaniyadan deportasiya edilməsindən gedir”.

bunu Real Tv-nin əməkdaşı Mahir Məmmədli deyib.

Onun sözlərinə görə, Arif Hacılı qərargaha gəlmək, ittihamlara cavab vermək əvəznə onlara “Facebook”dan söz göndərir: “Bilirsiniz niyə? Çünki deyəcək sözü yoxdur. Partiya sədri bir jurnalistin sualından çəkinib öz qərarhagına gəlmir. Onun statusunun altındakı şərhlərdə isə bizi linçlə hədələyirlər. Arif Hacılı isə bu şərhə münasibət bildirmir.

Arif Hacılı bilir ki, saxta mühacir əməliyyatının başlamasında Real Tv-nin rolu var. Məhz biz saxta arayışları, saxta möhürləri nümayiş etdirmişdik. Arif Hacılı, müsahibə verib-verməməyə gəlincə, mən jurnalistəm və kimdənsə müsahibəni ona lazım olan vaxtda yox, mənə lazım olan vaxtda alıram.

Biz gedirik. Qayıdın iş başına. Bir jurnalistin suallarından bu qədər qorxmağa dəyməz”.

Qeyd edək ki, Azərbaycandan Almaniyaya qanunsuz yollarla mühacir aparan bir qrup Müsavatçı Almaniya polisi tərəfindən saxlanıldıqdan sonra Müsavat partiyası Azərbaycan ictimaiyyətinin ciddi qınağına tuş gəlib.

//Trend