“Gadimovs Group” şirkəti Türkiyədə önəmli mükafata layiq görüldü – FOTOLAR

20:10 | 15 Noyabr, 2019

2016-cı ildən İstanbulda fəaliyyət göstərən “Gadimovs Group” şirkəti 3.Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarında “İlin ən yaxşı interaktiv konsaltinq firması” nominasiyası üzrə mükafatlandırılıb.

 

Editor.az  xəbər verir ki, 3.Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarında Türkiyə-Azərbaycan əlaqələrində xidməti olmuş və ikitərəfli əlaqələrin genişlənməsinə öz töhfəsini vermiş şirkətlər təltif ediliblər.

 

Türkiyədə müxtəlif sahələrdə çalışan, yaşayan və təhsil alan həmyerlilərimizə hüquqi xidmət verən “Gadimov Group” şirkəti də mükafatlandırılanlar siyahısında öz yerini tutub. Şirkət göstərdiyi peşəkar xidmətlərə görə “İlin ən yaxşı interaktiv konsaltinq firması” nominasiyasına layiq görülüb.

 

Şirkətin rəhbəri Urfan Qədimovun sözlərinə görə, hazırda çalışdıqları sahə üzrə Türkiyədə bir çox şirkətlər fəaliyyət göstərsə də, rəhbərlik etdiyi şirkət hüquqi məsləhətlərin verilməsi üzrə böyük güvən qazanıb: “Türkiyə qardaş ölkə olaraq Azərbaycan üçün çox önəmli yerə sahibdir. Biz də öz fəaliyyətimizdə bu prinsipləri özümüzə rəhbər olaraq müəyyənləşdirmişik. Əsas qayəmiz ölkəmizi burada layiqli bir vətəndaş kimi təmsil etmək və Azərbaycan adını yüksəklərə qaldırmaqdır. Bunun üçün çalışdığımız sahə üzrə vətəndaş məsuliyyətini üzərimizdə hiss edirik. Çalışırıq ki, bizə müraciət edən həmyerlilərimizin hüquqi prosedurlarını Türkiyə qanunvericiliyinə uyğun həll edək. Çünki Tükiyə dövlətinin əsas tələblərindən biri də qanunlara hörmət və onun işlək vəziyyətdə olmasıdır. Bu prinsipin qorunması üçün xalqın və dövlətin sarsılmaz iradəsi var. Son illərdə minə yaxın insana verdiyimiz düzgün hüquqi yardım sayəsində bir çox vətəndaşlarımızın problemlərini həll etməyə nayil olmuşuq. Məhz bu mükafat bizim qısa zaman ərzində gördüyümüz işlərə və Türkiyə-Azərbaycan qardaşlığına göstərdiyimiz xidmətə verilən dəyərdir”.

 

Qeyd edək ki, mükafatlandırma mərasimində bir sıra rəsmi şəxslər də iştirak ediblər.