Hacıbala Abutalıbovun müavini istirahətdə vəfat etdi

16:54 | 20 İyul, 2017
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edib.
APA-nın şimal bürosunun xəbərinə görə, R. Pənahov istirahətdə olduğu Qusar rayonunda ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Pənahov Rauf Əli oğlu 1937-ci ildə Bakıda anadan olub. 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini idi.