Ukraynada silah anbarı partladı – Ölənlər var

21:27 | 15 Noyabr, 2019

Ukraynanın Xarkov vilayətində silah anbarında partlayışlar baş verib.

Hadisə nəticəsində iki hərbçi həlak olub.

Daha iki nəfərin yaralandığı deyilir. Qeyd olunur ki, Balakleya şəhərindəki bazada ard-arda 20 partlayış səsi eşidilib.

Hazırda silah anbarında daşınması mümkün olmayan sursatlar məhv edilir.

Partlayışın səbəbi ilə bağlı araşdırma başlayıb.

//Trend