Doğuş zamanı hamilə olduğunu öyrənən model ŞOK YAŞADI – FOTO

11:31 | 16 Noyabr, 2019

23 yaşlı Avstraliyalı model Erin Langmeid gözlənilmədən ana olub.

o, hamiləlikdən əvvəl və hamiləlik zamanı kontraseptiv vasitələrdən istifadə etdiyi üçün hamilə olduğunu bilməyib. Model hər gün olduğu kimi çəkilişlərdə iştirak edib.

Gecə özünü pis hiss edən Erin vanna otağına keçib. 10 dəqiqədən sonra isə o, dünyaya balaca uşaq gətirib. Maraqlıdır ki, körpənin çəkisi tamamilə normal 3,6 kiloqram olub.

Körpə 37-ci həftədə doğulub. Həkimlərin qeyd etdiyi kimi Erinin hamiləliyi gizlin keçib. Bu vəziyyətdə, hamilələr özləri də uzun müddət bundan xəbərsiz olur. Çünki bu zaman orqanizmdə demək olar ki, heç bir dəyişiklik olmur.

ölkə.az

Mövzunu Facebookda şərh et