Ağdaşda xəstəxanada qadın öldü – TƏFƏRRÜAT

14:54 | 16 Noyabr, 2019

Ağdaşda xəstəxanada ölüm faktı qeydə alınıb.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ağdaş Mərkəzi Rayon Xəstəxanasında baş verib.

Rayonun Xosrov kənd sakini, 38 yaşlı Sevda Musayeva qanaxma diaqnozu ilə xəstəxanaya gətirilib.

Vəziyyəti ağır olduğundan dərhal əməliyyat olunub. Əməliyyatdan sonra qadının halı pisləşib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Meyit Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağdaş Şöbəsinə təhvil verilib.

Faktla bağlı Ağdaş Prokurorluğu tərəfindən araşdırma aparılır.