“Fəlakət” boşanması haqda danışdı: “Kompüter arxasında şir olan…”

15:29 | 16 Noyabr, 2019

“Fəlakət” obrazı ilə tanınan aktyor Elşən Orucov Muz TV-də Samir Bayramlının aparıcılıq etdiyi “Söhbətsiz” verilişinin qonağı olub.

Elşən Orucov “Bu şəhərdə”nin üzvü Coşqun Rəhimov və Rəfael İsgəndərovun onun haqqında səsələndirdiyi “Elşən bir obrazın aktyorudur” iddiasına cavab verib: “Coşqun Rəhimova qıcıqlandırıcı sual verilmişdi ki, Fəlakətin videosu bir ay ərzində bir milyonu keçib. Adam da 20 ildir sənətlə məşğuldur. Yaratmadığı obraz yoxdur. Milyonlarla insanı güldürüblər. Bu insana qıcıqlandırıcı sual verilməyin nə mənası vardı? Onlarda bizim dostlarımızdır”.

Elşən Orucov aparıcı Samir Bayramlanın “Sualı Nanə Ağamalıyeva ünvanlamışdı. Onda belə çıxır ki, Nanə ilə sizin aranızda sıx münasibət yoxdur. Hansısa problem olub ki, Nanə belə sual ünvanlayıb” deməsini isə belə cavablandırıb: “Nanə xanımla çox yaxın münasibətim var. Televiziyanın yazılmamış qanunları var, reytinq və s. Nanə xanım da professional aparıcıdır. İnanmıram ki, sualın altında başqa nəsə olsun. Burada şişirdiləsi bir şey yoxdur”.

Aktyor bir müddət əvvəl həyat yoldaşı İlahə xanından boşanması haqqında yayılan xəbərlərə də aydınlıq gətirib: “Bu haqda yayılan xəbərlər məni də narahat etdi. Səhər gözümü açdım ki, saytlar həyat yoldaşımdan ayrılmağım haqqında xəbər yazıblar. Bu mənə xoş gəlmədi.

Ümumiyyətlə, üzdə olan insanların ailəsi haqda yalan məlumat yazılmasını istəmirəm. Mən dostlarımdan, computer arxasında şir olan azərbaycanlılarımızdan xahiş edirəm ki, heç kimin ailəsini müzakirə etməyin”.

Qeyd edək ki, Elşən Orucov İlahə adlı xanımla evlidir. İlahə xanım İTV-də çalışır. Cütlüyün bir övladı var.