Bakı-Qazax yolunda qəza: 3 nəfər xəsarət aldı

21:30 | 17 Noyabr, 2019

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası olub.

hadisə magistral yolun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“QAZ-53” və “QAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər – 1986-cı il təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev və 1977-ci il təvəllüdlü Vüqar Musayev xəsarət alıblar. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.

 

Qeyd edək ki, qəza zamanı “QAZ-53” avtomobili aşıb.

 

Faktla bağlı araşdırma aparılır.

report