Rusiya iqtisadiyyatı bu ilin ən sürətli artımını qeyd edib

22:39 | 17 Noyabr, 2019

Rusiya iqtisadiyyatı cari ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1.7% artıb.

Editor.az marja.az-a istinadən bildirir ki, Mərkəzi Bankın faizləri ardıcıl dörd dəfə aşağı salmasının ardından Rusiya iqtisadiyyatı bu ilin ən sürətli artımını qeyd edib. İkinci rübdə iqtisadi artım illik 0.9% idi.

Rusiya Statistika Komitəsindən Pavel Malkov, “Sənaye istehsalı, mədən və topdan satış, xüsusilə də təbii qaz istehsalı üçüncü rübdə iqtisadi artımı dəstəkləyib”,- deyib.