AVRO-2020: Fransa birinci, Türkiyə ikinci oldu

05:27 | 18 Noyabr, 2019

AVRO-2020-nin seçmə mərhələsinin X turu davam edir.

Apasport.az-ın məlumatına görə, B və A qruplarının ardınca H qrupunda da son oyunlar keçirilib.

Qonşu Türkiyə yığması səfərdə Andorranın qonağı olub. Şenol Günəşin yetirmələri matçın taleyini ilk yarıda həll ediblər.

Bu matçadək AVRO-2020-yə vəsiqəni təmin edən “ay-ulduzlular” seçmə mərhələni ikinci pillədə başa vurub. Andorradakı qələbə zirvəni ələ keçirmək üçün yetərli olmayıb.

Çünki qrupun lideri olan Fransa son turda büdrəməyib. Son dünya çempionları Albaniyadan 3 xalla dönüb.

Ümidlərini pley-off mərhələsinə bağlayan İslandiya isə formal xarakterli görüşdə Moldova ilə üz-üzə gəlib. Şimallılar səfər matçında üç xal qazanıblar.

Qeyd edək ki, artıq final mərhələsinə 17 komanda – Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, İsveç, Finlandiya, Xorvatiya, Almaniya, Hollandiya, Avstriya və Portuqaliya vəsiqə qazanıb.

AVRO-2020-nin seçmə mərhələsi
X tur
17 noyabr

H qrupu
23:45. Moldova – İslandiya – 1:2

Milinçianu, 56 – Byarnason, 17, Siqurdsson, 65
23:45. Andorra – Türkiyə – 0:2
Ünal, 17, 21 (pen.)
23:45. Albaniya – Fransa – 0:2
Tolisso, 8, Qrizmann, 31

1 Fransa 10 8 1 1 25-6 25
2 Türkiyə 10 7 2 1 18-3 23
3 İslandiya 10 6 1 3 13-10 19
4 Albaniya 10 4 1 5 16-14 13
5 Andorra 10 1 1 8 3-20 4
6 Moldova 10 1 0 9 3-25 3