backend

İstanbulda qəzaya uğrayan helikopterdəki 7 nəfərin hamısı ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus “Sikorsky S-76” tipli helikopterdə olan 7 nəfərin heç bir sağ qalmayıb. 
bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. Helikopterdə iki pilot və 5 sərnişin olub. Artıq sərnişinlərin kimliyi açıqlanıb. Bunlar “Eczacıbaşı Vitra”-nın Rusiya üzrə direktoru Salim Özen, Rusiya vətəndaşları Aleksandır Vanin, İgor Koçergin, Lyudmila Çurova və Yelena Badraqadır.
İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus helikopterdə 4 Rusiya vətəndaşı olub.
Bu barədə Türkiyənin NTV telekanalı şirkətə istinadən məlumat yayıb.
Ümumilikdə helikopterdə 2 pilot, 4 Rusiya vətəndaşı və “Eczacıbaşı” Şirkətlər Qrupunun 1 əməkdaşı olub.
İstanbulun Beylikdüzü rayonunda qəzaya uğraya helikopter “Eczacıbaşı” Şirkətlər Qrupuna məxsus olub.
Bu barədə şirkət məlumat yayıb.
Helikopterdə 2-si pilot olmaqla, 7 nəfər olub.
Helikopterdə şirkətdə yüksək vəzifə tutan şəxslərin və xarici qonaqların olduğu da bildirilir.
Qəzaya dumanın səbəb olduğu bildirilir.
İstanbulun Beylikdüzü rayonunda helikopterin qülləyə çırpılması nəticəsində 5 nəfər ölüb.
Büyükçekmecə Bələdiyyəsinin sədri Hasan Akgün hadisə yerində 5 nəfərin cəsədinin olduğunu bildirib.
H. Akgün yolun nəqliyyatın hərəkəti üçün bağlandığını deyib.
Türkiyədə helikopter qəzaya uğrayıb.
İstanbulun Bəylikdüzü rayonunda yanğınsöndürmə helikopteri qülləyə çırpılıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib.
//APA