Rusiyada “Lotu Quli”nin adamı saxlanılıbbackend

Rusiyada “Lotu Quli”nin adamı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) rəhbərlik etdiyi cinayətkar dəstənin üzvünün saxlanması barədə məlumat yayıb.

Samara vilayətinin Federal Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nadir Səlifovun rəhbərlik etdiyi mütəşəkkil etnik cinayətkar qrupun üzvü saxlanılıb.

Saxlanılan şəxsin 1962-ci il təvəllüdlü Ukrayna vətəndaşı olduğu və Gürcüstan tərəfindən qətl işinə görə beynəlxalq axtarışa verildiyi bildirilib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Nadir Səlifov barəsində Cinayət Məcəlləsinin 201.1-ci maddəsi (cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq) ilə cinayət işi başlayıb. İstintaqın məlumatına görə, Nadir Səlifov Rusiyadan kənarda yaşasa da, cinayətkar aləmdəki nüfuzundan istifadə edərək Moskva və Rusiyanın digər regionlarında cinayətkar fəaliyyətlə məşğul olub.

2017-ci ildən barəsində beynəlxalq axtarış qərarı verilməsinə və məhkəmənin qiyabi həbs qərarı olmasına baxmayaraq, Nadir Səlifovun Rusiyadan kənarda gizləndiyi bildirilib.