Neftçala rayon Mərkəzi xəstəxanasında azyaşlı dünyasını dəyişdi – SƏHLƏNKARLIQ

15:35 | 18 Noyabr, 2019

Neftçala rayon Mərkəzi xəstəxanasında daha bir rəzalət. Bu gün səhər saatlarında 2008-ci il təvəllüdlü  Həsən Abdullazadı adlı məktəbli rayon xəstəxanasında həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Bizimxeber.az-a daxil olan məlumata görə, uşaq beyinə qansızma nəticəsində dünyasını dəyişib.

Ümumiyyətlə, sözügedən xəstəxanada bu ilk hal deyil. Bu xəstəxanada doğuş zamanı uşaq və ana ölümləri, yüngül xəstələrin həkim səhlənkarlığı və naşılığı səbəbindən dünyasını dəyişməsi tez-tez baş verir.