Bakıda evdən 53 500 manatlıq oğurluq

15:35 | 18 Noyabr, 2019

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

EDditor.az xəbər verir ki, hadisə Masazır qəsəbəsi ərazisindəki evlərin birində, noyabrın 11-də qeydə alınıb.

Sözügedən evdən 53.500 manat dəyərində geyim və məişət əşyaları oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – B.Aslanov və Q.Məmmədov saxlanılıblar.