backend

Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az xəbər verir ki, dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi “Mercedes Galendewagen” markalı avtomobillə piyadanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.
Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.