Əli Əsədov onu da vəzifəsindən azad etdi

13:24 | 19 Noyabr, 2019

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev tutduğu vəzifədən ayrılıb. 

bu barədə A.Mirzəyev özü “Facebook” səhifəsində yazıb.

“Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm.

Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəri başdan uğurlar diləyirəm”, – deyə A.Mirzəyev əlavə edib.