Narkoman övlad anasına 11 bıçaq zərbəsi vurdu, telefonunu oğurlayıb qaçdı – FOTO

15:09 | 19 Noyabr, 2019
Türkiyənin İzmir şəhərində oğul anasını ölümcül yaralayıb. Bornova rayonunda yaşayan 43 yaşlı Esma S. ilə oğlu Məhəmməd D. arasında mübahisə düşüb.
“CNNTürk”ün xəbərinə görə, Məhəmməd D. anası Esma S.-ə 11 bıçaq zərbəsi endirib. Anasını ölümcül yaraladıqdan sonra cinayətkar oğul onun mobil telefonunu da oğurlayaraq evdən qaçıb.
Qan içində qalan qadını qonşuları tapıb. Xəstəxanaya yerləşdirilən Esma S.-nin vəziyyəti ağırdır.
21 yaşlı Məhəmmədin narkotik maddə aludəçisi olduğu bildirilir.
Polis cinayətkarı axtarır.