4 dəfə ona xəyanət edən arvadını bağışladı – “Kişi fahişəni mələyə çevirəndir”

16:39 | 19 Noyabr, 2019

Space TV-də yayımlanan “Gəl dərdini danış” sosial-kriminal layihədə ötən gün maraqlı anlar yaşanıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, verilişə müraciət edən şəxs arvadının ona 4 dəfə xəyanət etməsinə baxmayaraq, onu yenidən bağışlamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, arvadı 1 yaş 3 aylıq körpəsini evdə ataraq 1 ilə yaxındır həmkəndlisi Şahin adlı şəxslə qoşulub qaçıb. Ərin iddiaları hər kəsi dəhşətə gətirib. Pərvinin sözlərinə görə, Rəqsanə onu 4 dəfə aldatsa da, onu bağışlayıb, hətta günü bu gün də evə qayıdarsa, onu bağışlamağa hazırdır.

“Kişi o deyil ki, mələyi fahişəyə çevirsin, əsl kişi fahişəni mələyə çevirəndir”, – Pərvin bildirib.

Qısa olaraq telefonla müsahibə verən Rəqsanə ərinin yalan danışdığını və uşağına isə qorxudan yaxın gələ bilmədiyini deyib.