Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb

22:12 | 19 Noyabr, 2019

Rusiyadan Azərbaycana taxıl və taxıl məhsullarının idxalı bu ilin ikinci yarısında 857 min ton təşkil edib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Azərbaycana ixrac olunan taxılın payı Rusiyanın ümumi taxıl ixracının təxminən dörd faizini təşkil edir.

Azərbaycan Rusiyadan taxıl ixrac edən ölkələr arasında ilk beşlikdə yer alıb.