50 yaşlı kişi çardaqdan yıxıldı, xəstəxana yolunda öldü

22:56 | 19 Noyabr, 2019

Şəkidə 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Editor.az  APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini, 1969-cu il təvəllüdlü Adil Nüvər oğlu Zamanov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından yıxılaraq ağır xəsarətlər alıb. A. Zamanov yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.