Salyanda dəm qazı faciəsi: 27 yaşlı qadın öldü

02:27 | 20 Noyabr, 2019
Salyanda qadın dəm qazından boğularaq ölüb.
Hadisə bu gün axşam saatlarında Salyan şəhər Tale Davudzadə küçəsində baş verib.
Həmin ünvanda yaşayan 1992-ci təvəllüdlü Zəkirə Bədəlova hamamda çimərkən dəm qazında boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.
Meyit aidiyyati üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.