PKK Suriyada məktəbi bombaladı – Ölənlər və yaralananlar var

02:54 | 20 Noyabr, 2019

PKK/YPG terror təşkilatı Suriyanın Tel Abyad yaşayış məntəqəsinin Curn kəndində məktəbi minaatanlarla atəşə tutub.

Editor.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Atəş nəticəsində 3 nəfər ölüb, uşaqlarla birlikdə 8 nəfər yaralanıb.