Ruhani: “İran xalqı tarixi sınaqdan başıuca çıxdı”

14:55 | 20 Noyabr, 2019

İran xalqı başqa bir tarixi sınaqdan başıuca çıxdı.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, İran xalqı bütün iqtisadi problemlər fonunda düşmən dəyirmanına su tökülməsinə icazə vermədi.

“İran vətəndaşlarının iğtişaşçılara qarşı Təbriz və Zəncan şəhərlərindən başlayan və digər şəhərlərdə keçirilməkdə olan könüllü aksiyaları onun qüdrətini, ayıq-sayıqlığını, hakimiyyətlə həmrəy olduğunu əks etdirir”.

Qeyd edək ki, son günlərdə İranda benzinin qiymətinin bahalaşmasına görə, bir sıra dinc etirazlar baş verib. Etirazlar bəzi hallarda iğtişaşla nəticələnib. 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala qədər (təxminən 0,71 dollar) bahalaşıb.