Əfqanıstanda hərbi bazaya hücum: 13 hərbçi həlak oldu

15:06 | 20 Noyabr, 2019

Əfqanıstanın şimal-şərqindəki Kunduz əyalətində hərbi bazaya hücum baş verib.

Editorş.az  Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində 13 hərbçi həlak olub. Daha beş nəfərin isə yaralandığı bildirilir.

Məlumata görə, hücum “Taliban” terror təşkilatının silahlıları tərəfindən həyata keçirilib.

Qarşı tərəfin itkiləri barədə məlumat verilməyib.