Ərini öldürən qadın polis kamerasına gülərək poz verdi – FOTO

13:50 | 21 Noyabr, 2019

Həyat yoldaşını qətlə yetirən qadının cinayətkarlar lövhəsi üçün çəkilən fotosu təəccübləndirir.

Editor.az Foxnews-a istinadla xəbər verir ki, ABŞ-ın Oklahoma ştatında yaşayan 48 yaşlı Shanda Johnson-Williams ərini bıçaqlayaraq öldürüb.

Əri Jamie Williams-ı öldürən qadın hadisə yerindən uzaqlaşmağa çalısa da, qısa zamanda saxlanılıb. O, cinayəti etiraf edib.

Onun cinayətkarların adları və fotoları olan lövhəyə asılmaq üçün şəkil çəkdirərkən gülümsəməsi polislərdə təəccüb doğurub.