backend

Sabah 42 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə  22-25° isti, gündüz  33-38°, bəzi yerlərdə 40° isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  normadan aşağı 557 mm civə sütunu  təşkil edəcək.
Nisbi rütubət  gecə 65-75%,  gündüz 40-50% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°,
Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq, Ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturu gecə  20-25° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti,
dağlarda gecə 15-20° isti, gündüz  27-32° isti olacağı gözlənilir.