Putin təhlükələrdən danışdı: “Kosmos hərbiləşdirilir”

19:51 | 22 Noyabr, 2019

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin 2033-cü ilə qədər olan hərbi strategiyasını açıqlayıb.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, V.Putin Təhlükəsizlik Şurasının iclasında deyib ki, 2033-cü ilə qədər yeni silahlandırmaq proqramının hazırlanması 2020-ci ildən başlayacaq.

O bildirib ki, bura dronların, lazer və hipersəs sistemlərinin genişləndirilməsi daxil edilməlidir.

Rusiya liderinin sözlərinə görə, silahların keyfiyyət və kəmiyyət xüsusiyyətləri inkişaf etdirilməlidir.

V.Putin dünyanın ciddi çağırışlar və təhdidlərlə qarşılaşdığını vurğulayıb.

O bildirib ki, dünyanın müxtəlif bölgələrində nəinki uzun müddətdir davam edən münaqişələr aktivləşir, həm də yeni konfliktlər meydana çıxır.

“Aparıcı ölkələr hücum silahlarını fəal şəkildə inkişaf etdirir. NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşması, habelə kosmosun hərbiləşdirilməsi cəhdləri də ciddi narahatlıq doğurur”, – deyə V.Putin əlavə edib.