backend

Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün səhər saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
1970-ci il təvəllüdlü Zülfiyyə İbrahimovanın idarə etdiyi “Mersedes” markalı minik avtomobili eyni istiqamətdə hərəkhərəkətdə olan “İsuzu” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və nəqliyyat vasitəsində olan qızı, 2007-ci təvəllüdlü Alına Aslan Dursun qızı müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
///APA