Davudoğlu ilə Babacan arasında böhran – Yeni gəlişmə

17:34 | 1 Dekabr, 2019

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu ilə keçmiş iqtisadiyyat naziri Əli Babacan arasında gərginlik yaşandığına dair iddialar irəli sürülüb.

Editor.az Teleqraf.com-a istinadən xəbər verir ki, Babacanın Davudoğlunun ünvanına söylənən sözlərin qarşı tərəfdən narahatlıqla qarşılandığı bildirilir.

Siyasi kuluarlarda yayılan məlumatlara görə, tərəflər arasında böhran yaşanır.

“Gazete Duvar”da yer alan xəbərə görə, Əhməd Davudoğlu və Əli Babacan 2019-cu il başa çatmadan partiya afişaları asmaq üçün işlərini davam etdirirlər.

Babacanla Davudoğlunun niyə ayrılıqda partiya qurduğuna dair suallara sabiq baş nazir “Biz istədik, səy göstərdik, amma olmadı” cavabını verərək Babacana işarə vurmuşdu.

Xatırladaq ki, Babacan Davudoğlu barədə “Mən xarici işlər naziri olanda müşavir idi, mənim heyətimdə birgə layihələr həyata keçirdik, dəfələrlə mənim təyyarəmdə səyahət etdi” sözləri keçmiş baş nazirin komandasında narazılıqla qarşılanıb.