İdmançıları aparan mikroavtobus aşıb, ölənlər var
Türkiyənin “Ordu gənclər birliyi” qadın həndbol komandasını Yozqata aparan mikroavtobus dərəyə aşıb.
Editor.az AZƏRTAC-a istinadən bildirir ki, ilkin məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, 15 nəfər yaralanıb.
Qeyd edək ki, həndbol üzrə 2-ci liqa təmsilçisi olan komanda növbəti oyun üçün Yozqata gedirdi.