81 yaşlı deputat yenidən namizəd olmağı istisna etmir: “Hələ yorulmamışıq”

20:03 | 1 Dekabr, 2019
Milli Məclisin ən yaşlı deputatlarından olan Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.
Editor.az xəbər verir ki, F.Heydərov Etikxeber.az-in növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi barədə sualına cavab verərəkən “hələ yorulmamışıq” deyib. Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum  görməyib: “Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.
Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana – 5 çağırışdır Milli Məclisdə təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir. 1938-ci il təvəllüdlü F.Heydərovun 81 yaşı var. O, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.