Milli Məclisin buraxılması ilə bağlı qərarın hazırlanması üçün redaksiya heyəti yaradılıb

13:00 | 2 Dekabr, 2019

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması ilə bağlı qərarın hazırlanması üçün redaksiya heyəti yaradılıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda bildirib ki, redaksiya heyətinə parlamentin vitse-spikeri Bahar Muradova, Hüquq siyasəti və dövlət quruculuq komitəsinin sədri Əli Hüseynli, deputat Fəzail İbrahimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sahibə Qafarova daxildir.