backend

Kriminal avtoritet apellyasiya şikayəti verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanunsuz silah saxlama və narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanov və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fikrət Əfəndiyev barəsində olan hökmdən apellyaiya şikayəti verilib.
cinayət işi Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin baxışı iyulun 26-na təyin edilib.
Qeyd edək ki, 2015-ci ilin martında Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Aslanov saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkarlanıb.
S.Aslanov kriminal aləmdə “Dəli Samir” ləqəbi ilə tanınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Aslanov 11 il, F. Əfəndiyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
//APA