Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət qəbul olundu

14:36 | 2 Dekabr, 2019
Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.
Editor.az “Report”a istinadən xəbər verir ki, layihəni MM sədrinin müavini Bahar Muradova deputatların diqqətinə çatdırıb.