Ukrayna Macarıstana nota verdibackend

Ukrayna Macarıstana nota verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri İştvan İydyartonu quruma çağıraraq nota təqdim edib.
Bu barədə nazirliyin Feysbuk hesabında məlumat verilib. Notanın İydyartonun Ukraynadakı Macarıstan milli azlığının muxtariyyəti haqqında verdiyi bəyanat və Budapeştin Ukrayna-NATO komissiyasının fəaliyyətini əngəllədiyi yönündə səsləndirdiyi fikirlər səbəbiylə təqdim edildiyi qeyd olunur.
“Dekabrın 2-də Macarıstanın Ukraynadakı səfiri İştvan İydyarto Ukraynanın Xarici İşlər Nazirliyinə dəvət olundu. Ukraynadakı Macarıstan milli azlığının muxtariyyəti və Macarıstan tərəfinin Ukrayna-NATO komissiyasının fəaliyyətini əngəllədiyi ilə bağlı verdiyi açıqlamaların qəbuledilməzliyi haqqında deyildi. Etiraz notası verildi”, -deyə bəyanatda vurğulanıb.
Bu məqamda xatırladaq ki, bu ilin oktyabrında Macarıstan Xarici İşlər naziri Peter Siyyarto, ölkənin nümayəndələrinin NATO üzv ölkələrinin Ukraynadakı səfirlərinin ortaq bəyannaməsinə veto etdiyini söyləyib. Noyabrın sonlarında isə bir macar diplomat Budapeştin Ukrayna təhsil qanununa görə Ukrayna-NATO komissiyasına mane olmağa davam edəcəyini bildirib.