SORĞU:Bu diplomatlardan hansını İLİN ƏN FƏAL SƏFİRİ hesab edirsiniz?

02:50 | 4 Dekabr, 2019

“İslahatçı Gənclər” İctimai Birliyi Editor.az İnformasiya Portalı ilə birlikdə 2019-cu ilin yekunları ilə əlaqədar olaraq, müxtəlif şəxs və qurumların fəaliyyətinə ictimai rəyi öyrənmək məqsədi ilə virtual sorğuları davam etdirir. Bu dəfə ölkəmizi müxtəlif ölkələrdə təmsil edən səfirlərimizin fəaliyyətinə internet istifadəçisi olan vətəndaşların münasibətini öyrənməyə çalışacağıq.

4 dekabr-10 dekabr 2019-cu il tarixlərini əhatə edəcək virtual sorğuda respondentlər müxtəlif ölkələrlə ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği, xarici ölkələrdə yaşayan və işləyən azərbaycanlıların hüquqlarının qorunması işində səmərəli fəaliyyətinə görə, “İLİN ƏN AKTİV SƏFİRİ”ni seçəcəklər.

Sorğu Komitəsinin qərarına görə, sorğuya fəallığı ilə seçilən Azərbaycan Respublikasının 27 səfirinin adı daxil edilib. Səfirlərin fəallığı müəyyən edilərkən medianın monitorinqi və Sorğu Komitəsinin üzvləri olan ekspertlərin rəyləri əsas götürülüb.

Qeyd edək ki, 26 fəal diplomat arasından yalnız bir nəfərin “İLİN ƏN AKTİV SƏFİRİ” seçilməsinin digərlərinin əməyinə haqsızlıq olacağını nəzərə alaraq, virtual yarışmada ədalət prinsipinin gözlənilməsi məqsədi ilə Sorğu Komitəsi ən çox səs toplayan 3 diplomatın “İLİN ƏN AKTİV SƏFİRİ” Fəxri Mükafatı ilə təltif olunması haqqında qərar qəbul edib.

Sorğunun nəticələri dekabr ayının ikinci həftəsində açıqlanacaq və qalib diplomatlara “İLİN ƏN AKTİV SƏFİRİ” Fəxri Mükafatı təqdim ediləcək.

“İLİN ƏN FƏAL SƏFİRİ” sorğusu ilə bağlı zəruri XATIRLATMA

Bu diplomatlardan hansını İLİN ƏN FƏAL SƏFİRİ hesab edirsiniz?

  • Həsən Zeynalov-Türkmənistan (12%, 7. 435 Səs)
  • Azər Xudiyev-Ukrayna (12%, 7. 001 Səs)
  • Eldar Həsənov-Serbiya (11%, 6. 787 Səs)
  • Rəşad Məmmədov-Qazaxıstan (9%, 5. 569 Səs)
  • Rəhman Mustafayev-Fransa (8%, 4. 767 Səs)
  • Polad Bülbüloğlu-Rusiya (8%, 4. 587 Səs)
  • Elxan Poluxov-Brazilya (7%, 4. 200 Səs)
  • Rəşad İsmayılov-Qətər (4%, 2. 389 Səs)
  • Həsən Həsənov-Polşa (3%, 1. 825 Səs)
  • Xəzər İbrahim-Türkiyə (3%, 1. 557 Səs)
  • Fəxrəddin Qurbanov-Xorvatiya (2%, 1. 436 Səs)
  • Əli Əlizadə-Pakistan (2%, 1. 200 Səs)
  • Lətif Qəndilov-Belarus (2%, 1. 186 Səs)
  • Murad Nəcəfbəyli-Estoniya (2%, 1. 185 Səs)
  • Qüdsi Osmanov-Moldova (2%, 1. 152 Səs)
  • Dursun Həsənov-Gürcüstan (2%, 1. 100 Səs)
  • Elman Abdulayev- Efiopiya (2%, 954 Səs)
  • Elin Süleymanov-ABŞ (1%, 878 Səs)
  • Tamerlan Qarayev-Litva (1%, 800 Səs)
  • Tural Rzayev-Misir (1%, 782 Səs)
  • Qalib İsrafilov-Avstriya (1%, 721 Səs)
  • Fuad İsgəndərov-Belçika (1%, 714 Səs)
  • Tahir Tağızadə-Böyük Britaniya (1%, 698 Səs)
  • Vilayət Quliyev-Macarıstan (1%, 587 Səs)
  • Məmməd Əhmədzadə-İtaliya (1%, 521 Səs)
  • Ramin Həsənov-Almaniya (1%, 387 Səs)

Cəmi səslər: 60. 418

Loading ... Loading ...