Mədət Quliyev generala vəzifə verdi

14:31 | 5 Dekabr, 2019

Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib.

Editor.az unikal.org-a istinadən xəbər verir ki, Mədət Quliyevin müvafiq əmri ilə ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə sənayesi nazirinin müşaviri təyin olunub.

Xəbəri Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.

Qeyd edək ki, general-mayor M.Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.