Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

18:19 | 5 Dekabr, 2019

Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm”.

Mövzunu Facebookda şərh et