Sevgilisinin evlənmə təklifi qızı qorxutdu – VİDEO

13:09 | 6 Dekabr, 2019

ABŞ-ın Boston şəhərində bir şəxsin qəribə şəkildə sevgilisinə evlənmək təklifi “YouTube”da sürətlə yayılıb.

Sevgilisi ilə mağazaya gələn gənc kassada hesab ödəyən zaman mağazaya “oğru” girib.

Cütlüyü mağazanın bir küncünə çəkən oğru onlara qəribə suallar veməyə başlayıb.

O, üç uşaqları olduğu halda, hələ də cütlüyün niyə evlənməməsini soruşanda, gənc sevgilisinin qarşısında dizi üstdə çöküb və ona evlənmə təklif edib.

Hadisədən qorxan qız sevgilisinin təkidi ilə evlilik təklifinə “hə” deyib.

Sonradan kreativ gənc sevgilisinin ənənəvi evlənmə təklifini xoşlamadığı üçün belə etdiyini açıqlayıb.