“İLİN ƏN FƏAL SƏFİRİ” sorğusu ilə bağlı zəruri XATIRLATMA

04:45 | 8 Dekabr, 2019

Xəbər verdiyimiz kimi, “İslahatçı Gənclər” İctimai Birliyi Editor.az İnformasiya Portalı ilə birlikdə 2019-cu ilin yekunları ilə əlaqədar olaraq, müxtəlif şəxs və qurumların fəaliyyətinə ictimai rəyi öyrənmək məqsədi ilə virtual sorğular keçirir. Bir neçə gündür başlayan İLİN ƏN FƏAL SƏFİRİ virtual sorğusu ölkə ictimaiyyəti arasında böyük marağa səbəb olub. Təsadüfi deyil ki, bugündək sorğuda on minlərlə internet istifadəçisi iştirak edib. Sorğuda namizədlər arasında ciddi rəqabət müşahidə olunur.

Təəssüflə qeyd etməliyik ki, hər iki kateqoriya üzrə bəzi namizədlər və ya tərəfdarları qeyri-obyektiv üsullara əl ataraq, müxtəlif süni səsartırma və İP dəyişmə proqramlarından istifadə etməklə, sorğunun nəticələrinə müdaxilə etməyə cəhd edirlər.

“İslahatçı Gənclər” İctimai Birliyi və Editor.az İnformasiya Portalı xatırladır ki, bu cür cəhdlər sağlam rəqabət şərtlərinə uyğun deyil və xüsusi texniki proqramlar vasitəsi ilə tərəfimizdən qarşısı alınacaqdır. Bildiririk ki, belə hallara yol verən bəzi sorğu iştirakçılarına kənar müdaxilələr vasitəsi ilə verilən virtual səslər tərəfimizdən etibarsız sayılaraq, silinmişdir. 

Bütün sorğu iştirakçıları və tərəfdarlarını sağlam və ədalətli rəqabətə dəvət edirik.

Qeyd etmək istəyirik ki, bu sorğunun nəticələri yalnız bu virtual səsvermədə iştirak edən internet istifadəçilərinin mövqeyini əks etdirir.

//SORĞU KOMİTƏSİ

Mövzunu Facebookda şərh et