İran rejimi mindən çox vətəndaşı öldürüb – ABŞ

18:43 | 8 Dekabr, 2019

ABŞ Dövlət Departamenti İran hakimiyyətini etiraz aksiyaları zamanı mindən çox insanı qətlə yetirməkdə ittiham edir.

Editor.az Axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

“Biz Tehran və ətrafında yüzlərlə insanın öldürülməsi xəbərlərini eşidirdik. Belə ki, rejim etirazlar başlayandan bəri mindən çox İran vətəndaşını öldürüb”, – deyə Huk bildirib.