Kollecdə yanğın nəticəsində ölənlərin sayı 10-a çatdı

18:47 | 8 Dekabr, 2019

Ukraynanın Odesa şəhərində yerləşən İqtisadiyyat Kollecinin binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu gün səhər saatlarında dağıntıların altından daha iki nəfərin meyiti tapılıb.

Bildirilir ki, yanğında həmçinin 30 nəfər xəsarət alıb, onlardan 9-u hələdə xəstəxanada qalır.

Qeyd edək ki, Odesa şəhərində yerləşən İqtisadiyyat Kollecinin binasında yanğın dekabrın 5-i baş verib. Ölkə prezidenti Vladimir Zelenski dekabrın 8-ni milli matəm günü elan edib.