Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

19:14 | 8 Dekabr, 2019

Bu gün Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. 

Editor.az APA-ya istinadən bildirir ki, hadisə Qusar şəhəri, Sahil küçəsi, ev 30 ünvanında baş verib.

2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin  hamam otağında dəm qazından zəhərlənib. 15 yaşlı qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mövzunu Facebookda şərh et