backend

Ərdoğan: "Dostum Putinlə regional problemləri müzakirə edəcəyik"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

”Bu gün Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında dostum Putinlə regional problemləri də müzakirə edəcəyik”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kremldə Vladimir Putinlə keçirdiyi görüşdə bildirib. O deyib ki, VI Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, regional problemlərin həlli yolları da müzakirə olunacaq: “Regional problemlərin müzakirəsi Türkiyə və Rusiyanın regionda təsir gücün artmasına yardımçı olacaq”.
Türkiyə prezidenti iki ölkə arasında “Türk axını” qaz kəməri və Akkuyu AES-nin tikintisi ilə bağlı qarşılıqlı fəaliyyətin inkişaf etdiyini vurğulayıb: “Bugünkü gündə iki ölkə arasında əməkdaşlığın əsas elementləri sənaye və energetikadır. Moskva və Ankaranın bu sahədəki qarşılıqlı fəaliyyəti və eləcə də bir sıra digər məsələlər danışıqlar zamanı müzakirə olunacaq”.
//APA